Xəbər lenti

Anasına evlənmə təklif edən DİKTATOR
Dünya13:11 20.11.2013

Anasına evlənmə təklif edən DİKTATOR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanı 36 il diktatura rejimində idarə edən general Fransisko Franko ilə bağlı yazılan kitab bütün ölkəni qarışdırıb.

Qaynar.info
xəbər verir ki, diktatorun həkimi Pilar Eyre "Frankonun məhrəmi" adlı kitabında 38 il əvvvəl ölən Frankonun atası ilə arasındakı problemlərdən və onun cinsi həyatından yazıb: " Onda mərhəmətsiz insanlarda olan iki tipik xasiyyət var idi; Oedipus kompleksi və atası tərəfindən istismar edilmə. Pis rəftarlı və əyyaş atası Nikolas Frankonun dünyaya gəldiyi gün fahişəxanadaydı. Oğlunun çəlimsiz bədəni və nazik səsi ilə məzələnən ata onu "Paquita" (Fransisko adının qadınlar üçün işlədilən versiyası) və "marica" (mavi) deyə çağırırdı. Uşaq Franko da anasını qəhrəmanlaşdırdı. Hətta bir dəfə də ona evlənmək təklifi etmişdi".

Kitabın müəllifi Mərakeşdə döyüşərkən bir xayasını itirən Frankonun "cinsi istəklərini başqa şeylərlə əvəz eydiyini yazıb: "Çox yüngül əməliyyat keçirəcəyinə baxmayaraq, Franko əməliyyat masasına uzanmaq istəməmişdi. Arzularını gücə və iqtidara olan aclığı ilə doldurmuşdu. Hikkə onun üçün orqazm yerini almışdı".

Qaynar.info