
Türkiyənin Kayseri şəhərində narkoman olan bir gənc anasını vəhşicəsinə öldürüb.
Qaynar.info xəbər verir ki, anası Nəriman K. ilə bir evdə yaşayan Soner adlı gənc axşam anası ilə mübahisə edib.
Mübahisədən sonra Nəriman ərinə zəng vuraraq "Təhlükədəyəm. Soner məni öldürəcək" deyib. Ərinin xəbər verməsindən sonra polis həmin ünvana yollanıb. Pəncərəni sındıraraq evə daxil olan polis qadının cəsədi ilə qarşılaşıb.
Tibbi ekspertizadan sonra qatil övladın qadına 108 bıçaq zərbəsi vurduğu məlum olub.
Qaynar.info