Kambocalı ailənin həyatı bir anda dəyişib.
Ancelina Coli və Bred Pitt ailəsi daha bir xeyirxah addım atıb. ANS PRESS-in məlumatına görə, 3 övladlıq və 3 doğma uşağa valideyinlik edən cütlük daha bir kasıb ailənin uşaqlarına sahib çıxıb.
Kambocadan olan yoxsul bir ailənin uşaqlarının bütün ehtiyaclarını öz üzərinə götürən Coli 12 uşağın həyatını tamamilə dəyişib.
Hər şey Ancelina Colinin rejissorluq etdiyi “First They Killed My Father” filminin çəkilişləri üçün getdiyi Kambocada başlayıb. Coli və ailəsi Siem Reap şəhərində turistlərdən pul dilənən 16 yaşlı Leida Şoun ilə qarşılaşıb.
Şoun bacı və qardaşları ilə birgə onlara yaxınlaşaraq pul istəyib. Bred Pitt də uşaqları dondurmaya qonaq edib. Lakin onların uşaqlara qayğısı bununla bitməyib. Coli və Pitt ən böyükləri 19 yaş ən kiçiyi 16 aylıq olan ailənin uşaqları ilə dostluq qurub.
Bununla da uşaqların məkətəbə getmək arzusu reallaşıb. Hazırda uşaqlar şəhərin yaxşı məkətəbində - “New York International School Cambodia”da təhsil alır.
Ancelina Coli və Bred Pittin 3 qız və 3 oğlan olmaqla 6 uşağı var. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar.
Qaynarinfo.az