Xəbər lenti

Andlılar məhkəməsinin qərarına baxmayaraq, Tramp prezidentliyə namizəd olacaq
Dünya 14:53 03.06.2024

Andlılar məhkəməsinin qərarına baxmayaraq, Tramp prezidentliyə namizəd olacaq

ABŞ Respublikaçılar partiyası Andlılar məhkəməsinin Trampı porno aktrisaya ödənişləri gizlətmək üçün sənədləri saxtalaşdırmaqda təqsirli bilməsinə baxmayaraq, onu prezidentliyə namizəd irəli sürmək niyyətindədir.
 
Qaynarinfo xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində eks-prezidentin gəlini və Respublikaçılar Milli Komitəsinin həmsədri Lara Tramp deyib

"Biz Donald Trampı Respublikaçı namizəd kimi irəli sürəcəyik”, - Lara Tramp bildirib. Eyni zamanda, Lara Tramp vəziyyətin inkişafından asılı olaraq bir neçə alternativ variantın olduğunu etiraf edib. O hesab edir ki, ABŞ xalqı eks-prezidenti dəstəkləyir, çünki hökmün elan edilməsindən 48 saat sonra Trampın seçki kampaniyası üçün 70 milyon dollar ianə toplanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->