
Avstraliyada keçirilən G-20 Liderlər Zirvəsinə qatılan Almaniya kansleri Angela Merkel yorucu toplantılardan sonra bir az əylənmək qərarına gəlib. Qaynar.info xəbər verir ki, hökumət başçısı gecə klubuna üz tutub.
Geniş təhlükəsizlik tədbirləri altında Brisbanedəki gecə klubuna yollanan Angela Merkelin şəkilini çəkmək qadağan edilsə də, Avstraliyada yaşayan bir Almaniya vətəndaşı onun fotosunu çəkib və sosial mediada paylaşıb.
Kanslerin mətbuat katibi açıqlamasında xəbəri təsdiqləyib. O, bildirib ki, Merkelin gecə klubuna yollanmaqda məqsədi Brisbane şəhərində yaşayan çox sayda Almaniya vətəndaşı ilə görüşmək olub. Mətbuat katibi qeyd edib ki, Merkel gecə klubunda həmyerliləri ilə birlikdə alman dilində "Nena, 99 Luftballons" mahnısını dinləyib və gec saatlara qədər əylənib.
Qaynar.info

