
Almaniya kansleri Angela Merkel Berlindəki liseylərin birində şagirdlərə tarix dərsi keçib.
Qaynar.info xəbər verir ki, Berlindəki liseylərin birinə gedən Merkel orada şagirdlər tərəfindən sevinclə qarşılanıb.
Kansler 12-ci sinif şagirdləri qarşısında tarix müəllimi kimi dayanaraq, onlara 52 il əvvəl Berlin divarının tikilməsindən danışıb.
O vaxtkı xatirələrini danışan Merkel, "O vaxt 7 yaşım var idi və ailəmin təəssüf hissi keçirdiyini bilirdim. Divarın inşasından iki gün əvvəl Qərbi Berlində nənəmlə bir yerdə olduğumu xatırlayıram. "
Qeyd edək ki, Angela Merkel Hamburqda anadan olsa da, sonradan ailəsi ilə birlikdə o vaxtkı Almaniya Demokratik Respublikasına köçmüşdü.
Qaynar.info