"Almaniyanın ticarət əlaqələri və Şimalı axın mövzuları Rusiya üçün əhəmiyyətlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Moskvada Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında keçirilən görüşdən danışarkən deyib. Onun sözlərinə görə, bu görüşün əsas mövzuları məhz ticarət məsələləri olacaq:
"Angela Merkel siyasi səhnədən gedir. Uzun müddətdir ki, onların siyasi səhnədə münasibətləri var idi. Görüşdə həm də bu mövzulara da toxunacaqlar”.
Tofiq Zülfüqarov hesab edir ki, sözügedən görüşdə Qarabağ problemi müzakirə movzusu ola bilməz:
"Almaniya Qarabağ məsələsində o qədər də fəal deyil. Biz də bunu başa düşürük. Bu baxımdan hesab etmirəm ki, Cənubi Qafqazda durum indiki mərhələdə Almaniya siyasətində aktual ola. Rusiya bu mövzuları Almaniya ilə müzakirə etməyi də istəməz. Çünki onun bu mövzuda patnyoru bəllidir - Türkiyə. Əlavə, eyni zamanda rəqib patnyor ona lazım deyil”.
Qeyd edək ki, bu dəqiqələrdə Moskvada Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.
Bahar Rüstəmli