Xəbər lenti

Angela Merkelin yatağında tutulan türk
Dünya14:20 13.01.2014

Angela Merkelin yatağında tutulan türk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya kansleri Angela Merkelin rəsmi təyyarəsinə ötən il gizli şəkildə girən türkiyəli Volkan T. haqqında açılan cinayət işi başa çatıb.

Qaynar.info
xəbər verir ki, 6 ay davam edən istintaqdan sonra iş məhkəməyə göndərilib.

Prokurorluq tərəfindən hazırlanan ittiham aktında maraqlı məqamlar yer alıb.

Şahidlərin verdikləri ifadələrə görə, hərbi geyimdə hava limanına gələn Volkan qapıdakı mühafizəçiləri hərbçi olduğuna inandıraraq təyyarənin olduğu anqara daxil olub. Anqarda geyimini dəyişdirən 25 yaşlı gənc təyyarəyə girərək onu uçuşa hazır vəziyyətə gətirib.

Aldadıldıqlarını başa düşən mühafizəçilər içəri daxil olaraq Volkanı Merkelin təyyarədəki yatağında yatdığı yerdə ələ keçiriblər.

Prokurorluğun hesabatına görə, psixoloji problemi olan gəncin davamlı olaraq müşahidə altında saxlanılması istənilib.

Qaynar.info