Xəbər lenti

Animasiya rekord gəlir qazandı
Dünya05:24 28.06.2016

Animasiya rekord gəlir qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Dorinin axtarışı" ilk həftəsində yaradıcılarına 136 milyon dollar qazandırıb.

Piksar kinostudiyasının ekranlaşdırdığı animasiya filmi "Dorinin axtarışı" gözləntilərini doğruldub və rekorda imza atmağı bacarıb.

ANS PRESS-in məlumatına görə, ilk dəfə 2003-cü ildə balıqların sərgüzəştindən bəhs edən animasiya filmini təqdim edən kinostudiya, filmin üçüncü hissiəsinin də olacağını bildirib. Animasiyalı cizgi filmi ABŞ və Kanadada bir həftəyə kinoteatrların bilet satışından 136 milyon dollardan çox gəlir əldə edib. Bununla da təqdim olunan ekran əsəri animasiya filmləri arasında lider olmağı bacarıb.

İndiyədək bir həftə ərzində ən çox gəlir əldə edən cizgi filmi Şrek animasiya filminin 2007-ci ildə təqdim olunan üçüncü hissəsi olub. Şrek bir həftəyə kinoteatrlardan 121 milyon dollar qazanc toplamağı bacarıb.

Qaynarinfo.az