Xəbər lenti

Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri mandatını aldı
Dünya08:47 08.04.2019

Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri mandatını aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilən Mansur Yavaş mandatını alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Mansur Yavaş özü məlumat verib.
Bələdiyyə sədri bildirib ki, aprelin 8-də Ankarada Mustafa Kamal Atatürkün məzarını - Anıtkabiri ziyarət edəndən sonra vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Mansur Yavaş Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi "Millət İttifaqı”nın namizədi idi. O, səslərin 50,93 faizini, Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının qurduğu "Cümhur İttifaqı”nın namizədi Mehmet Özhaseki isə 47,12 faizini toplayıb.