Xəbər lenti

Ankara NATO-nun genişlənməsini dəstəkləmək qərarını izah etdi
Dünya09:40 16.07.2023

Ankara NATO-nun genişlənməsini dəstəkləmək qərarını izah etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə heç bir ölkəyə qarşı olduğuna görə deyil, qlobal sabitliyi təmin etmək üçün NATO-nun genişlənməsini dəstəkləyir. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun "Middle East Eye” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə hesab edir ki, alyansın genişlənməsi "dünyada davamlı sülh və sabitliyin açarıdır, lakin hər hansı konkret ölkəyə qarşı NATO-nun coğrafi genişlənməsini dəstəkləmir”.
Altun əlavə edib ki, Ankara "qərb düşərgəsində olmaq son dərəcə vacibdir" və ölkənin Şərqlə Qərbi birləşdirən coğrafi quru körpüsünə və Qara dənizə gedən su yollarına nəzarət etdiyini qeyd edib. O qeyd edib ki, Türkiyə NATO-nun dünya üzrə ən çətin əməliyyatlarında iştirak etməkdən heç vaxt çəkinməyib, həmçinin müdafiəyə böyük sərmayələr qoyub və ildə hərbi blok ölkələrinin müdafiəyə xərcləməli olduğu ÜDM-in 2%-i hədəfinə sürətlə yaxınlaşır.
Xatırladaq ki, Türkiyə uzun müddətdir, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra İsveç və Finlandiyadan NATO-ya üzvlük üçün müraciətləri qəbul etmirdi. Nəticədə bu ilin aprelində Finlandiya NATO-ya ayrıca qəbul edilib. Və iyulun 10-da məlum olub ki, Ankara İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiya üçün ölkə parlamentinə göndərilməsinə razılıq verib.
Türkiyə 1952-ci ildən NATO üzvüdür və alyansın ikinci ən böyük ordusuna malikdir.
Alpər