
Polis ötən axşam zəbt edilən Kuqulu parkını boşaldıb
Bu səhər Türkiyənin paytaxtı Ankarada polis Gəzi parkı etirazlarına dəstək verənlərin düşərgəsini dağıdıb. Polis qüvvələri Ankaranın mərkəzindəki Kuqulu parkına daxil olaraq, oranı zəbt etmiş etirazçıları ərazidən uzaqlaşdırıb. Etirazçılar parkı tərk etməkdən imtina etdikləri üçün polis güc tətbiq etməli olub.
Oturaq aksiya iştirakçıları "Daş atmırıq, Dəyənəyimiz yoxdur, Məqsədimiz azadlıqdır, Bu hələ başlanğıcdır, Müqavimət davam edəcək» kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Ankarada Gəzi parkı aksiyalarını dəstəkləyən yüzlərlə gənc Kuqulu parkına ötən axşam gəlib./anspress/