Türkiyənin paytaxtı Ankaradakı terror aktını törədən təşkilat müəyyənləşib. Qaynar.info yerli mediaya istinadən xəbər verir ki, terakta görə məsuliyyəti PKK-nın bir qanadı olan TAK (Kürdistan Azadlıq Şahinləri) həyata keçirib.
Martın 13-də Ankarada canlı bombanın özünü partlatması nəticəsində 37 nəfər həlak olub. Canlı bombanın isə Seher Çağla Demir olduğu açıqlanıb.
Qeyd edək ki, TAK fevralın 19-da Ankarada 28 nəfərin ölümü, 61 nəfərin ölümünə səbəbi olan terror aktına görə də məsuliyyəti öz üzərinə götürmüşdü. Bundan başqa terror təşkilatı Sabiha Gökçen hava limanına hücumun da təşkilatçısı olub.
Qaynar.info