Xəbər lenti

Ankarada sakinlər atəşə tutuldu: 6 ölü, 55 yaralı - FOTOLAR
Dünya08:29 16.07.2016

Ankarada sakinlər atəşə tutuldu: 6 ölü, 55 yaralı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə hərbi çevriliş cəhdi ilə sarsılan Türkiyədən yeni xəbərlər gəlməyə davam edir. "Qaynarinfo.Az" xəbər verir ki, qanlı qarşıdurmalardan biri də Ankaranın Kazan qəsəbəsində baş verib.
Kazan bələdiyyə başqanı Lokman Ertükün verdiyi məlumata görə, 2 min nəfərlik qurup qəsəbədəki hərbi bazaya gedərək qırıcıların havaya qalxmasına əngəl olmağa çalışıb. Əsgərlər uzun müddət havaya atəş açsa da, vətəndaşlar geri çəkilməyib. Bundan sonra hərbçilər insanları atəşə tutub. Nəticədə 6 nəfər həlak olub, 55 nəfər yaralanıb.
Qaynarinfo.Az