Xəbər lenti

Anna Vinturun yerinə məşhur aktrisanın qızı gətirilə bilər
Dünya 15:06 13.08.2025

Anna Vinturun yerinə məşhur aktrisanın qızı gətirilə bilər

Hollywood aktrisası Kendas Bergen və fransız rejissor Lui Mallenin qızı Xloa Malle "Vogue" jurnalının Amerika versiyasının məzmun şöbəsinə rəhbərlik edə bilər. 

Qaynarinfo xəbər verir ki, bunu mənbəyə istinad edən "Page Six" yazıb.

Jurnalistlərin məlumatına görə, Xloa Malle "Vogue" işçilərinin sevimlisidir. Hal-hazırda o, jurnalın saytının redaktorudur və ulduzlarla müsahibələr aparır. Belə ki, yaxınlarda Kendas Bergenin qızı, jurnalın yeni buraxılışı üçün milyarder Ceff Bezosun həyat yoldaşı Loren Sançeslə müsahibə götürüb.

"Page Six"in mənbəsi qeyd edir ki, Xloa Malle "Vogue"un Amerika bölməsində məzmun şöbəsinin rəhbəri vəzifəsinə son müsahibə mərhələsindən keçir. Eyni zamanda bildirilir ki, namizədlər siyahısında "Vogue Runway" onlayn platformasının direktoru Nikol Felps və adları açıqlanmayan digər şəxslər də var.

İyun ayının sonunda məlum olub ki, "Vogue" jurnalının Amerika versiyasının baş redaktoru Anna Vintur bu vəzifədə 37 il işlədikdən sonra istefaya gedir. WWD nəşri bildirib ki, jurnalist "Vogue"un baş məzmun meneceri və Conde Nast şirkətinin qlobal redaksiya direktoru vəzifələrini tutmağa davam edəcək. O, bu qərarını 26 iyun tarixində işçilərlə görüşdə açıqlayıb.

Vintur Amerika "Vogue"una 1988-ci ildə rəhbərlik etməyə başlayıb. 1985-1987-ci illərdə isə jurnalın Britaniya nəşrinin baş redaktoru olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->