"Anonymous”un hakerləri Rusiya Mərkəzi Bankını sındırdıqdan sonra 28 GB-lıq bilgiləri ictimailəşdiriblər.
Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu haqda BBC-nin Rusiya Xidməti məlumat yayıb.
"Biz bu sənədləri internetin müxtəlif nöqtələrinə göndərmişik. Əgər sənədlər senzuradan keçərsə, digər linklər vasitəsilə də paylaşacağıq", - məlumatda deyilir.
BBC-nin rus xidmətinin məlumatına görə, Mərkəzi Bank haker hücumunu inkar edir.
Dərc edilmiş məlumatlar arasında yüzlərlə audit nəticələri və bank sahibləri haqqında məlumatlar var. Hakerlər Mərkəzi Bankın "gizli razılaşmalarına” giriş əldə etdiklərini iddia edirlər.
Alpər
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//