Xəbər lenti

Anqolada sel 41 nəfərin həyatına son qoydu
Dünya12:55 10.01.2020

Anqolada sel 41 nəfərin həyatına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Anqolanın paytaxtı Luandada şiddətli yağışlar səbəbindən yaranan sel nəticəsində azı 41 nəfər ölüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bazar ertəsindən başlayan yağışlar 4 gündür davam edir. Daxili işlər naziri Eugenio Laborinho ölkənin 18 əyalətindən 12-sinin selə məruz qaldığını açıqlayıb. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb, infrastruktura, əkin sahələrinə ciddi ziyan dəyib. Sel səbəbindən bəzi xəstəliklərin yayıla biləcəyindən ehtiyat edilir.
Elektrik kəsintiləri ilə yanaşı, ölkədə içməli su sahəsində də ciddi problem yaşanır.
Camal