Türkiyənin Antalya şəhərində banka hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir ki, həmin şəxs müştərilərin və bankın əməkdaşlarının binadan çıxmasını təmin etdikdən sonra mühafizəçini girov götürüb.
Üzərində iki silah olan, kimliyi bilinməyən 50-55 yaşında kişi banka girərək üzərində 3 kq bomba olduğunu deyib: "Üzərimdə bomba var. Binadan çıxın. Paltonuzu da götürün, soyuqdur, üşüyərsiniz. Onsuz da bir saatdan sonra geri qayıdacaqsınız”.
11.40
Antalyada banklardan birinə basqın olub.
Qaynarinfo xəbər verir ki, banka soxulan silahlı adam soyğuna cəhd edib.
Bankın təhlükəsilik əməkdaşını girov götürüb, bank heyəti və müştəriləri bayıra çıxaran soyğunçunu zərərsizləşdirmək və girovu azad etmək üçün əraziyə polis briqadaları gətirlib.
Xüsusi təyinatlı polislər də ərazidə əmr gözləyir.