Xəbər lenti

Antalyada xizək mərkəzinin çardağı uçdu - xəsarət alanlar var
Dünya17:40 06.02.2022

Antalyada xizək mərkəzinin çardağı uçdu - xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkyənin Antalya bölgəsinin "Saklıkent” xizək mərkəzində güclü qar nəticəsində turizm obyektlərindən birinin tavanı uçub. Hadisə zamanı 8 nəfər xəsarət alıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, jandarmlar, müəssisənin əməkdaşları və turistlər xəsarət alanları dağıntılar və qar altından çıxarıblar.
Xizək mərkəzinə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) əməkdaşları və tibb işçiləri də gəlib.
Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.