Antarktika fırtınası Yeni Zelandiyaya dəhşətli pis hava və qar gətirib. Sahilin paytaxt yaxınlığındakı hissələrində yaşayan sakinlərə nəhəng dalğalar sahili vurmamış evlərini tərk etmək çağırışı edilib.
Qaynarinfo xəbər verir ki, Vellinqton Bölgə Təcili Yardım İdarəsi (WREMO) bazar ertəsi gecəsi əhaliyə müraciət edib: "Eviniz dalğalar və fırtınaya məruz qalıbsa və ya problem yaranıbsa, dostlarınızla danışıb onlara sığının".
Güclü dalğaların paytaxtın cənub ətrafındakı sahil xəttini vuracağı gözlənilir və səlahiyyətlilər yüksək dalğalarda yüksəliş və ehtimal olunan daşqın gözləyir.
"Air New Zealand” xüsusilə Vellinqtondaki küləkli və qış havası səbəbiylə uçuşların tez-tez ləğv edilməsi və gecikmələrlə bağlı xəbərdarlıq edib.
Bazar ertəsi günü Qütb Cəbhəsi Cənub adalarına çökməyə başlayıb, mövsüm başlanğıcında bir çox şəhərə qar yağıb və xizək mərkəzlərini su basıb.
Fırtına şimala doğru yolunu davam etdirir. Yollar buz və qar səbəbindən bağlıdır. Dunedin şimalındakı Dövlət magistral yolu 1-in də daxil olduğu əsas dağ keçidləri, eləcə də başqa on magistral yolu bağlanıb.
Qvinstaun kurort qəsəbəsində gün ərzində qar yağması məktəblərin bağlanmasına səbəb olub və səlahiyyətlilər sakinlərdən mümkünsə avtomobillərdən tamamilə istifadə etməməyi xahiş edirlər. Güclü qar sahil şəhəri Dunedində də özünü göstərib. Çərşənbə axşamı maksimum temperatur düşməsi proqnozlaşdırılıb - Kristçerçedə beş dərəcə selsi, Vellinqtonda səkkiz dərəcə, Oklənddə 11 dərəcə olacaq ki, bu da iyun ayının ortalamasından xeyli aşağıdır.
Alpər