Avropa Parlamentinin sədri Roberta Metsola Ukrayna və Moldovadan olan deputatları "müşahidəçi” kimi üzv olmağa dəvət edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Politico-ya müsahibəsində
bildirib.
"Biz hətta bu parlamentdə müşahidəçi üzvlərin olması ilə daha da irəli gedə bilərik - bunlar əhali üçün vacib olan şeylərdir... Bu, dekabrda baş verənlərdən asılıdır", - Metsola deyib.
Avropa Parlamentinin sədri əlavə edib ki, əgər ölkələr, xüsusən də Moldova və Ukrayna Avropaya baxırsa, o zaman Avropa "qapılarını geniş açmalıdır”.
Metsola, Ukrayna və Moldovadan olan müşahidəçi deputatların səsvermə hüququna malik olmayacağını və təyin ediləcəyini, lakin onların 2024-cü ilin iyununda keçiriləcək Avropa Parlamenti seçkilərindən sonra "istənilən halda” üzvlərin sayının 705-dən 720-yə yüksələcək bir qurumda yerləri olacağını söyləyib.
Avropa Parlamentinin rəhbəri əlavə edib ki, müşahidəçi deputatları təqdim etmək üçün parlamentin siyasi qrupları ilə əlaqə saxlamaq və Qərbi Balkanlardan olan və Aİ-yə daxil olmağı gözləyən altı namizəd ölkəyə eyni təklifin verilməsi imkanını nəzərdən keçirmək lazımdır.
Ukraynanın Aİ-yə mümkün olandan daha tez qoşulacağına dair yalan ümid bəsləmək riski ilə bağlı suala Metsola hər ölkənin "öz yolu var" deyib və ölkəsi Maltanın ittifaqa qoşulması üçün on il lazım olduğunu qeyd edib.
Nizami Bağırov