
Onun iki həftə öncə öldüyü güman edilir
Moskvada tanınmış vəkil və aparıcının evində meyiti tapılıb. ANS PRESS-in Rusiya mətbautına istinadla verdiyi məlumata görə, "Məhkəmə gedir" verilişinin aparıcısı Boris Tarasovun meyiti qonşuların binadan gələn pis qoxu ilə bağlı polisə müraciətindən sonra aşkar edilib. Polis FHN ilə birgə mənzilin qapısını sındıraraq içəri daxil olub.
İlkin məlumata görə, aparıcı iki həftə öncə ölüb. 60 yaşlı vəkilin ölümünün səbəbi aşkar edilir.
Qaynar.info