Xəbər lenti

Aparıcı texniki imkanlarına etiraz edib "Space"dən getdi
Ölkə09:50 26.09.2013

Aparıcı texniki imkanlarına etiraz edib "Space"dən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Space”də “Hər səhər” verilişinin aparıcısı Mirsalam Mirsalamov dünən kanaldan qovulub.

“Space” kanalındakı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə, M.Mirsalamov dünən günorta vaxtlarında “Space”nin prezidenti Vaqif Mustafayevlə danışdıqdan sonra işindən azad edildiyi məlum olub. 

Mənbənin sözlərinə görə, M.Mirsalamov “Space” telekanalında pavilyonun və texnikanın müasir standartlara cavab verməməsindən bir neçə dəfə rəhbərliyə gileylənib. Bunun ardınca isə V.Mustafayev aparıcını kanaldan uzaqlaşdırmaq qərarına gəlib.

Məsələ ilə bağlı Mirsalam Mirsalamovla əlaqə saxladıq. Aparıcı bu məsələ ilə bağlı danışmaq istəmədiyini birldirib dəstəyi asdı.

Xatırladaq ki, M.Mirsalamov bu ayın əvvəli “Space”-ə gəlmişdi.

Qaynar.info