Xəbər lenti

Aparıcıların yeni mövsümdə tamaşaçılara sürprizi nə olacaq? - SORĞU
Maqazin11:52 02.09.2016

Aparıcıların yeni mövsümdə tamaşaçılara sürprizi nə olacaq? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq yeni mövüm gəlir. Bu isə o deməkdir ki, sevilən seriallar sezon finalından qayıdır, məzuniyyətlər bitir, yeni yaradıcılıq işləri ekrana gəlir.
Bəs, yerli kanallar yeni mövsümə necə hazırlaşır? Aparıcılarımız yeni mövsümdə hansı kanalda, necə bir layihə ilə tamaşaçılarını salamlayacaq?
Qaynarinfo.Az bu sualla aparıcılara müraciət edib.
Şəhriyar Əbilov ATV kanalında "Abilove Show" ilə izləyənləri salamlayacaq. Aparıcı şounun olduqca əyləncəli olacağını və insanların baxanda dincələ biləcəyi bir layihə olduğunu qeyd edib.  
Cavid Gül: "Kişi Sözü" serialında baş qəhrəmanı canlandıracam. Baş produsseri Elməddin Cəfərovun olduğu "Kişi Sözü" romatik komediya serialıdı və payız ayında ATV telekanalında efirə gedəcək".
Rahil Sayadoğlu: "Yeni mövsümdən "Region TV"də efirə çıxmağa hazırlaşıram. Tamaşaçılar məni hansı layihədən tanımışdılarsa, elə o formatı qorumağa çalışacağam. Amma təbii ki, yeni ad və bir sıra digər yeniliklərlə. Layihə həftədə iki dəfə efirə çıxacaq. Həftənin son günlərini seçmişik ki, tamaşaçıların həftəsonu istirahətinə rəng qataq. Qısa olaraq onu deyim ki, Azərbaycan teleməkanında tamaşaçıya, sosial şəbəkə istifadəçilərinə, vətəndaşlara hələ bu qədər geniş efir məkanı ayıran layihə olmayıb. Yəni bunu ilk dəfə biz reallaşdırmağa çalışacağıq. Bu layihə milyonlarla tamaşaçının üzünə açılan "Pəncərə"dir. Bu "Pəncərə"dən sosial media, Azərbaycan və dünya çox möhtəşəm görünəcək. Gözünüz "Region TV"də olsun, gözünüz-könlünüz açılsın". 
Firuzə Cəlilova fəaliyyətini "Xəzər TV"də davam etdirəcək. O, "Oyan Azərbaycan" adlı səhər verilişin aparıcısı olacaq. Fira bu verlişi “Lider” televiziyasının digər aparıcısı Sima Çələbi ilə birlikdə aparacaq.
Natiq Nailəoğlu: "Çox yaxında bununla bağlı işlədiyim telekanal məlumat verəcək. Hazırda yeni layihələr üzərində iş gedir. Yeni mövsüm "Region TV"də möhtəşəm olacaq..."
Zümrüd
Qaynarinfo.Az