Xəbər lenti

Apo ilə Gülən razılaşdı (İDDİA)
Dünya09:58 23.03.2013

Apo ilə Gülən razılaşdı (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Cənab Öcalan Fətullah Gülənə salamlarını göndərdi. O bildirdi ki, Fəthullah Gülənin "Sülhdə xeyir vardır" yanaşması mənim də yanaşmamdır. Bütün yaxın şərqdəki demokratik bir siyasət və barış üçün biz birlikdə işləyə bilərik. Möhtərəm Fətullah Gülənə salamlarımı çatdırın. Onu ən yaxşı anlayan mənəm, - dedi". 

Qaynar.info xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinə Abdullah Öcalanla İmralıda görüşən ikinci və üçüncü BDP heyətində iştirak edən istanbullu millət vəkili Sırrı Sürəyya Öndər danışıb.

Sürəyya Öndər "Milliyyət" qəzetində "İmralı protokolları" adıyla nəşr olunan ikinci görüşməyə aid xəbərə və Fəthullah Gülənlə Səidi Nursi barədə yazılan hissələrə subyektiv fikirini də açıqlayıb. 

Onun sözlərinə görə, Səid Nursinin doğulduğu kənd erməni kəndi, özü isə erməni mənşəli təqim olunub: "Məsələn Bədiüzzaman Səid Nursinin doğulduğu kənd erməni kəndi, Bədiüzzamanın özü isə erməni şəklində verilib. Burada mətnin məzmunda təhriflər var. Mən kinoçuyam, ssenarinin bir hissəsini çıxardınca, digər hissələr arasında qopuqluq olur. Bu fikirlər də mətnin məzmunundan qopardılaraq verilib". 

Öndər Öcalanın ictimaiyyətə ünvanlanan müraciətinə də münasibət bildirib: "Cənab Öcalan Novruz tədbirlərində oxunan müraciətinin "bütün əzilən xalqları, sinif və mədəniyyət nümayəndələrini; ən köhnə müstəmləkə və əzilən sinif olan qadınları, əzilən məzhəbləri, təriqətləri" deyərək qəsd etdiyi hissəsində də barışa işarə vurduğunu dedi. O vurğuladı ki,  barış yanaşmasına diqqət göstərilməlidir. Öcalan onu da dedi ki, hər kəs üçün demokratiya və barış tələb etdiyi bir nöqtədə kimsəni təhqir etməyimdən söhbət belə gedə bilməz, düşünülə bilməz".

Qeyd edək ki, Fəthullah Gülən Öcalanın PKK-ya "Silahları yerə qoyun" müraciətindən sonra ictimaiyyətə səslənərək "Sülhdə xeyir vardır" deyə müraciət edib. Belə ki, Hz.Məhəmmədin məkkəlilərlə bağladığı "Hubeydiyyə müqaviləsi"nə istinad edən Gülən "Ölkənin parçalanmasına meydan verməmək, dövlətimizin ali bir dövlət olması istiqamətində yoluna davam etməsini təmin etmək lazımdır", - deyə bildirib.

Daha öncə Öcalan nə demişdi?

Abdullah Öcalanın "Məzmunundan qopardılmış" dediyi sözlər isə bir müddət öncə ictimaiyyətə icmalla belə təqdim olunmuşdu: "Camaatın mərkəzi ABŞ-dır. Mənim bura alınmamla birlikdə Fəthullah da ABŞ-a alındı. Fəthullah Gülən "Nur" hərəkatına sızdı. Fəthullah Gülən ABŞ-da yaşayır. 120 dövlətdə məktəb açıb. Bu qədər pul haradan gəlir? Hamı bilir ki, Florida partizanların köhnə mərkəzidir"

Xatırladaq ki, ictimaiyyətə ünvanlanan bu ifadələrin ardından Gülənin vəkili Nurullah Albayrak açıqlama verərək bunu "Böhtandan ibarət bu haqsız və əsassız iddialar protokolda adları keçdiyi ifadə edilən adam ya da kəslərin fantaziyasından başqa bir şey deyil", - deyə şərh etmişdi.

Qaynar.info