Xəbər lenti

"Apple" "iPhone" və "MacBook üçün" Rusiya metallarından imtina edir
Texnologiya11:53 13.04.2023

"Apple" "iPhone" və "MacBook üçün" Rusiya metallarından imtina edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Apple” korporasiyası ABŞ hökumətinin tələbi ilə öz texnologiyasında Rusiyadan gələn volfram, tantal və qızılın istifadəsindən rəsmən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” şirkətin maliyyə hesabatlarına istinadən yazır.
Bununla belə, həmin sənəddə qeyd edilir ki, "Apple” Moskva vilayətindəki "Moliren” zavodundan volfram almağa davam edir. Solikamsk maqnezium zavoduna (SMZ) yaxın mənbənin izah edir ki, ABŞ korporasiyası heç vaxt birbaşa Rusiyadan metal almayıb.
"SMZ-nin tantal üzrə əsas tərəfdaşı (söhbət onun oksidindən, yəni toz halında olan maddədən gedir) Qazaxıstanın Ulba metallurgiya zavodudur. Əvvəllər Almaniya və Avstriyaya da məhsullar tədarük edilirdi, indi isə məlum səbəblərdən bunu etmək mümkün deyil”, - mənbə bildirib.
Daha əvvəl SMZ-nin baş direktoru Ruslan Dimuxamedov Qazaxıstana tədarük və tantal oksidinin təkrar ixracı barədə məlumat verib. Həmçinin, "Apple" metal istehsalı üçün Rusiya konsentratlarını Çin metalları ilə əvəz edə bilər, sonuncu özü də Rusiya konsentratlarından istifadə edə bilər, - NRA reytinq xidmətinin idarəedici direktoru Sergey Qrişunin bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlamazdan əvvəl Rusiya müəssisələri ABŞ-a ildə 200 tona yaxın volfram və 10 tondan biraz az qızıl verirdi. İndi bu həcmləri Çin və Hindistan kompensasiya etməli olacaq. "Ümumiyyətlə, deyə bilərik ki, əgər amerikalılar Rusiyadan metal almaqdan imtina edirlərsə, deməli, onlara sadəcə olaraq Rusiya Federasiyasından daha çox alan başqa ölkədən metal satılır”, - Qrişunin izah edib.
Hazırda Rusiya metallarının əsas alıcıları xammalı müxtəlif fabriklərə satan Çin şirkətləridir, Rusiya Məlumat saxlama sistemləri tərtibatçıları konsorsiumunun icraçı direktoru Oleq İzumrudov deyir.
O, həmçinin qeyd edir ki, "Apple”ın özünün aparat istehsalı yoxdur. Korporasiyanın məhsulları "Foxconn", "Quanta", "Compal", "Flextronics" və "Inventec" tərəfindən istehsal olunur. Ekspert hesab edir ki, bu baxımdan Rusiyadan gələn xammaldan rəsmən imtina edilməsinə baxmayaraq, Rusiya müəssisələrinin materialları "Apple" texnologiyasında istifadəni davam etdirə bilər.
Nizami Bağırov