Son illərdə yaşlanmaya yanaşma köklü dəyişib: mütəxəssislər getdikcə daha çox vurğulayırlar ki, əsas məqsəd yaşın çoxluğu deyil, xəstəliksiz həyat keyfiyyətidir.
Qaynarinfo verir ki, "Parade" nəşri uzunömürlülük üçün əsas olan gündəlik vərdiş haqqında yazıb.
"Vaxtından əvvəl yaşlanmaya qarşı ən güclü antidot pulsuzdur. O, tablet, toz və ya əlavə şəklində satılmır. O, sadəcə qapınızın ağzındadır və bəlkə də ən çox qiymətləndirilməyən vərdişdir", deyə uzunömürlülük üzrə ekspert və "Daxili epidemiya” kitabının müəllifi Dr. Con La Puma bildirib.
Həyatı uzadan vərdiş
Gündə ən azı 30 dəqiqə hərəkət etmək diyetik əlavələrdən qat-qat daha çox fayda verir. "Parsley Health"dən Dr. Nişa Çellam vurğulayır ki, fiziki aktivlik həyatın uzadılması və sağlamlığın möhkəmləndirilməsi üçün elmi baxımdan ən əsas metodlardan biridir. Hal-hazırda heç bir preparat, müntəzəm məşqlərin effektivliyi ilə rəqabət apara bilmir.
Məşqlər pulsuz "əsas tibbdır”: onlar təkcə əzələ-skelet sistemini gücləndirmir, həm də endorfinlər sayəsində əhval-ruhiyyəni yaxşılaşdırır. Fiziki aktivlik orqanın qidaları daha yaxşı mənimsəməsinə kömək edir.
"Əgər fiziki məşqləri şüşəyə doldurub tablet kimi sata bilsəydik, bu, planetdə ən qiymətli və ən geniş yayılmış dərman olardı", deyə La Puma qeyd edir.
"Journal of Aging Research" jurnalında dərc edilmiş tədqiqat göstərir ki, hərəkət etmək oturaq həyat tərzi keçirən insanlarla müqayisədə bütün səbəblərdən ölüm riskini 30–35% azaldır.
Dr. Çellam bildirir ki, hərəkət edən insanlar adətən daha incə belə, güclü əzələlərə və sağlam təzyiqə sahib olur. Görünən dəyişikliklərlə yanaşı, məşqlər sinir sisteminin stressi daha yaxşı idarə etməsinə kömək edir, bu isə ürək döyüntüsünün dəyişkənliyinin yüksək göstəricisində görünür.
Aydın
Şərhlər