Xəbər lenti

Aqil Alışov: "Qəzetimizin əməkdaşları həbs olunmayıb"
Dünya09:53 03.04.2013

Aqil Alışov: "Qəzetimizin əməkdaşları həbs olunmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Rusiyada 200-dən çox OMON-çu, milis və miqrasiya işçisi Moskvanın “Pokrov” bazarına hücum edib. Xeyli sayda azərbaycanlı həbs olunaraq polis bölmələrinə aparılıb. 

Moskvadan aldığımız məlumata görə, hadisə yerinə gələn təkcə OMON-çular olmayıb. Gələnlərin içərisində mili və miqrasiya idarəsinin işçiləri, hətta bazarda yoxlama aparan hüquq-mühafizə orqanlarını müşayiət edən çəkiliş qrupu da olub. 

Moskvada nəşr olunan "Millətin səsi" qəzetinin baş redaktoru Aqil Alışovun Qaynar.info-ya verdiyi məlumata görə, səhər saat 5-00 radələrində bazara gələn OMON və milis işçiləri azərbaycanlıları 20, bəzi məlumatlara görə 25 avtobusa mindirərək milis bölmələrinə aparıblar: "Soydaşlarımız bu halın yenidən təkrar ola biləcəyindən ehtiyatlanırlar. OMON müxtəlif bəhanələr gətirir ki, guya azərbaycanlıların sənədləri qaydasında deyil. Məlumat görə, sənədləri qaydasında olanlar miqrasiya işçiləri tərəfindən sorğu-sual olunaraq elə bazardaca sərbəst buraxılıblar. Sənədi qaydasında olmayanların isə deportasiya olunacağı gözlənilir və onlar hazırda milis bölmələrindədirlər. Saxlanılan azərbaycanlıların sayı o qədər çox olub ki, onlar bir neçə milis bölməsinə aparılıblar".

A.Alışov bildirib ki, qəzetin əməkdaşlarından heç kəs həbs olunmayıb. 

Qaynar.info