İndoneziyada yerləşən Aqunq yanardağı püskürməyə davam edir.
Qaynarinfo xəbər verir ki, ətrafa yayılan kül və duman səbəbilə əhalidən ərazidən uzaq durmaq tələb edilib və maskadan istifadə etmək məsləhət görülüb. Bali və Şərqi Cavada yerləşən hava limanları fəaliyyətini dayandırıb. Baliyə 450 səfər təxirə salınıb. Bu, 75 mindən çox sərnişinin istədiyi yerə çata bilməməsi deməkdir.
Qeyd edək ki, Aqunqdan çıxan duman və kül 2 km yüksəyə qalxır.
Yanardağ ötən ilin sentyabr-dekabr aylarında ölkə turizminə 1 milyard dollar zərər verib.
Gülşən