İndoneziyanın Bali adasında yerləşən Aqunq yanardağında partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, yanardağdan çıxan kül və duman böyük əraziyə yayılıb. Bölgə sakinləri və turistlərə xəbərdarlıq edilib. Milli Təbii Fəlakət İdarəsi Agentliyi Aqunqun 4 km məsafəsində bütün fəaliyyətlərin dayandırılmasının vacib olduğunu açıqlayıb.
Qeyd edək ki, iyun ayında baş verən püskürmə çox sayda hava səfərinin təxirə salınmasına, havalimanlarının bağlanmasına səbəb olmuşdu.
Gülşən