Almaniyanın "Sea-Watch” qeyri-hökumət təşkilatı Aralıq dənizində növbəti xilasetmə əməliyyatını həyata keçirib.
APA-nın xəbərinə görə, QHT-yə məxsus xilasetmə gəmisi İtaliyanın Lampeduza adası yaxınlığında batmaqda olan qayıqlara kömək göstərib. Heç bir standarta uyğun gəlməyən 3 qayıqdan 180 nəfər xilas edilərək sahilə çıxarılıb. Eyni gündə sahildən 38 mil aralıda batmaqda olan qayığa yardım edilib. Qayıqdakı 93 sərnişin gəminin göyərtəsinə qaldırılıb.