Bu il ərzində Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışan 686 miqrant həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Aralıq dənizindən Avropaya keçənlərin sayı 35% azalaraq 36 670-ə bərabər olub. Dünyada dəniz vasitəsilə səyahət edən 1442 nəfər həyatını itirib. Ötən il bu rəqəm dünyada 3065, Aralıq dənizində isə 1508 idi.
2019-cu ildə ən çox miqrant qəbul edən Avropa ölkəsi Yunanıstandır. Ölkəyə Aralıq dənizində 17 991 nəfər daxil olub. Miqrant böhranı yaşanan 2015-ci ildə Yunanıstan 853 650 miqrant qəbul etmişdi.
Gülşən