Ermənistan baş nazirinin aparatının hazırkı rəhbəri Arayik Arutyunyan baş nazirin müavini ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti "Vətəndaş müqavilə”sindəki mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, vaxtilə təhsil, elm, mədəniyyət və idman naziri postunu tutan Arutyunyan indi bundan əvvəl müdafiə naziri təyin edilmiş Suren Papikyanı əvəz edə bilər. Qəzet yazır ki, qısa axtarış və müzakirədən sonra Paşinyanın seçimi Arutyunyanın üzərinə düşüb.
Xatırladaq ki, Suren Papikyan noyabrın 15-də Arşak Karapetyanı əvəzləyərək müdafiə departamentinin rəhbəri olub.
Alpər