Türkiyənin Ərzurum vilayətiinn Xorasan rayonunda Araz çayındakı adalara çıxan heyvanları xilas etmək istəyən çobanı su aparıb.
Qaynarinfo xarici mətbuata istinaən xəbər verir ki, hadisə ötən gün baş verib. Rəcəb Akın və Lətif Yıldırım adlı rayon sakinləri heyvanları çıxarmaq üçün suya tullanıblar. Çayın suyu artdığından axına düşüblər. Lətif Yıldırım çıxa bilsə də, Rəcəb Akın yoxa çıxıb.
Əraziyə xilasedicilər cəlb olunub. İtgin düşən şəxsin axtarışları davam etdirilir. Polis isə axtarışları izləyən vətəndaşlara sosial məsafə qaydaları gözləmək barədə xəbərdarlıq edib.
Camal