Xəbər lenti

"Araz-Naxçıvan" ÇL-də bu gün növbəti matçını keçirəcək
İdman06:15 27.10.2022

"Araz-Naxçıvan" ÇL-də bu gün növbəti matçını keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən "Araz-Naxçıvan" bu gün növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda Serbiya təmsilçisi "Loznika Qrad"la qarşılaşacaq.
Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Orebro"su ilə qarşılaşacaq.
Çempionlar Liqası
Əsas mərhələ, II tur
27 oktyabr
19:30. "Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan)
"Araz Naxçıvan" ilk matçda "Orebro"ya 2:5 hesabı ilə məğlub olub.
Səbuhi Həsənov