Xəbər lenti

İdman 10:50 18.09.2023

"Araz-Naxçıvan"dan növbəti transfer

"Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.
 
Qaynarinfo-nun məlumatına görə, klub Aksel Nqando ilə anlaşıb. Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır. Tibbi müayinədən keçən futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanacaq. 

30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu "Renn”, "Oser”, "Anje”, "Bastiya” ilə yanaşı, Türkiyə "Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada "Qrenobl” olub.
 
Səbuhi Həsənov

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->