Xəbər lenti

Arda Turan hansı kluba keçir? (İDDİA)
İdman06:13 28.11.2017

Arda Turan hansı kluba keçir? (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya mətbuatı Arda Turanla bağlı yeni xəbər yayıb. 
Qaynarinfo xəbər verir ki, "Qalatasaray" və "Arsenal"ın transfer etmək istədiyi türk futbolçunun "Monako"ya keçəcəyi iddia olunub.
Həmkarlarımız yazır ki, Liqa 1-də və Çempionlar Liqasında uğursuz çıxış edən knyazlıq klubu qış fasiləsində edəcəyi transferlərlə yenidən iddiasını ortaya qoyacaq. "Monako"nun heyətinə qatacağı futbolçulardan biri də Arda Turandı. Artıq tərəflər bütün məsələləri razılaşdırıb. Fransa klubu rəsmi təkliflə "Barselona"ya müraciət etmək üçün qış fasiləsini gözləyir. 
Bildirilir ki, "Monako" Ardanı yaya qədər icarəyə götürmək, sonra isə transfer hüququnu almaq istəyir.