"Atletico Madrid" türk futbolçu ilə müqaviləsini 2017-ci ilə kimi uzadıb
"Atletico Madrid" türkiyəli futbolçu Arda Turanın müqaviləsini 2017-ci ilə kimi uzadıb. "CNN Türk"ün verdiyi məlumata görə, futbolçunun bonservis dəyəri 41 milyon avro müəyyən edilib. İspaniya klubu bu qərarını internet səhifəsindən elan edib.
Xatırladaq ki, A.Turan iki il öncə 12 milyon avro bonservislə İspaniya klubuna transfer olmuşdu. Onun bir mövsümlük qazançı isə 3,7 milyon avrodur.
İspanca danışa bilmədiyi üçün mətbuat konfransı keçirməyən Arda Turan klubun saytına verdiyi açıqlamasında çox xoşbəxt olduğunu deyib. ""Atletico"nun 2 il formasını geyindikdən sonra özümü bu ailənin bir hissəsi kimi hiss edirəm. Birlikdə qazandığımız uğurlar üçün komanda yoldaşlarıma təşəkkür edirəm".