Xəbər lenti

Argentina tarixi Copa America 2024-ün qalibi oldu
İdman 09:54 15.07.2024

Argentina tarixi Copa America 2024-ün qalibi oldu

Argentina 2024-cü ildə Amerika Kubokunun finalında Kolumbiyanı məğlub edib.

Qaynarinfo xəbər verir ki, əsas vaxt qolsuz başa çatıb. Görüşün taleyini ikinci əlavə vaxtın bitməsinə 8 dəqiqə qalmış Lautaro Martinezin qolu həll edib.

Argentina üçün Amerika Kubokunda qazanılan bu qələbə tarixdə 16-cı olub. Beləliklə, "göy mavilər” Uruqvayı (15) qabaqlayıb və Cənubi Amerikanın ən titullu komandası olub.

Qeyd edək ki, İspaniya millisi Avro 2024 futbol çempionatının qalibi olub. Berlindəki "Olimpiastadion”da baş tutan final qarşılaşmasında Luis de la Fuentenin yetirmələri İngiltərə komandasına qalib gəlib.

Birinci hissə bərabər çəkişmə şəraitində keçib və hər iki komandanın qapısına demək olar ki, heç bir zərbə vurulmayıb.

Lakin ikinci hissənin başlanğıcı hesabın açılması ilə yadda qaldı - ispaniyalı hücumçu Niko Uilyams ingilislərin qapısına qol vurub.
Bununla belə, 73-cü dəqiqədə "Üç şir” komandası pariteti bərpa edib – yarımmüdafiəçi Koul Palmer dəqiq zərbəni vurub.

Amma əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış ispaniyalı yarımmüdafiəçi Mikel Oyarzabal görüşün yekun hesabını qoyub - 2:1.

Beləliklə, İspaniya yığması Avropa çempionatının dördqat qalibi olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->