Xəbər lenti

Argentinada güclü zəlzələ
Dünya16:18 13.11.2016

Argentinada güclü zəlzələ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinanın şimal-şərqində güclü zəlzələ baş verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, yeraltı təkanlar 6,2 bal gücündə olub. Dağıntı və tələfat barədə, hələ ki, məlumat yoxdur.

Zəlzələ yerli vaxtla səhər saat 8-də baş verib. Yeraltı təkanların episentri Çili ilə sərhəddə yerləşən La-Rioxa əyalətində Çilesito departmentindən 26 km. şimalda yerləşib.

Yeraltı təkanlar yerin 100 km. dərinliyində qeydə alınıb.

Qaynarinfo.Az