Xəbər lenti

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu
Dünya10:22 21.06.2026

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Argentinada 8 qat "Qızıl top" və Dünya Kubokunun qalibi Lionel Messinin ən hündür heykəli açılıb.
"Report" xəbər verir ki, bu barədə "TyC Sports" telekanalı məlumat yayıb.
Abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Dizayn heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.
İyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində argentinalı hücumçunun 21 metrlik heykəli güclü küləklər şəraitində strukturun qeyri-sabit olması ilə bağlı şikayətlərdən sonra sökülüb.