Cənubi Amerika ölkəsi Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb. Uşuaya şəhərinin 324 km cənubunda, yerin 10 km dərinliyində qeydə alınan təkan Çilidə də hiss edilib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Gülşən