Xəbər lenti

Argentinadakı səfir istefaya göndərilir - Xanımı prezidenti tənqid edib
Ölkə17:20 14.02.2017

Argentinadakı səfir istefaya göndərilir - Xanımı prezidenti tənqid edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Argentinadakı səfiri Pablo Anselmo Tettamanti vəzifəsindən azad olunacaq.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq fərman Argentina hökumətinin rəsmi saytında yerləşdirilib.

Sənəddə qeyd olunur ki, səfirə Xarici İşlər Nazirliyində vəzifə veriləcək.

Yeni səfirin kim olacağı haqda məlumat yoxdur.

“Ambito” qəzetinin məlumatına görə, Tettamantinin XİN-ə təyinatı xanımı Elida de Biançettinin Feysbuk hesabında prezident Maurisimo Makrinin siyasətini tənqid etməsi ilə bağlı ola bilər

Qaynarinfo.Az