Xəbər lenti

İdman 19:00 24.03.2024

Arif Əsədov: "Həm oyun planında, həm də heyətdə bəzi dəyişikliklər olacaq"

"FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan oyunundan öncə təşkil edilən mətbuat konfransında millimizin məşqçisi Arif Əsədov və futbolçu Emin Mahmudov fikirlərini səsləndirib.
 
Qaynarinfo həmin fikirləri təqdim edir: 
 
Arif Əsədov: "Sabahkı oyunda bizi ciddi bir rəqib gözləyir. Maraqlı qarşılaşma olacağını düşünürəm. Deyərdim ki, Bolqarıstan yığması hardasa Millətlər Liqasında olan rəqiblərə bərabərdir. Yaxşı sınaq olacaq. Sabahkı matçda həm oyun planında, həm də heyətdə bəzi dəyişikliklər olacaq. Rəqibi analiz etmişik. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yaxşı oynayıb, qalib gələk".
 
Emin Mahmudov: "Yaxşı komandaya qarşı oynayacağıq. Bolqarıstan millisinin yaxşı hücumçuları var. Çalışacağıq ki, öz oyunumuzu göstərib, qələbə qazanaq".
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->