
Müsavat mayın 24-də qurultay keçirməyi qərara alıb.
Partiyanın başqanıİsa Qəmbər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısıHacıbala Abutalıbova müraciət edərək qurultayın keçirilməsi üçün 700-800nəfərlik yer ayrılmasını istəyib. Məktuba heç bir cavab verilməyib.Buna görə də partiya martın sonunda icra hakimiyyətindən 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinə şikayət edib.
Aprelin 7-də “Media forum” saytına danışan başqan müavini, Mərkəzi İcraAparatın rəhbəri Arif Hacılı deyib ki, hakimiyyətin Müsavata qurultayüçün yer ayırmaması partiyanın fəaliyyətinə maneçilikdir: “Vəziyyətəvvəl olduğundan daha pisdir. Hakimiyyət bu dəfə məktubumuza hətta cavabverməyib və biz məhkəməyə müraciət etməyə məcbur olmuşuq. Bu,Azərbaycan hakimiyyətinin Müsavat Partiyasına öz nizamnaməsinə uyğunfəaliyyət göstərmək imkanı verməməsinin daha bir təzahürüdür”.
Arif Hacılın sözlərinə görə, qurultaya hazırlıq üzrə təşkilat komitəsiyaranmış vəziyyətdən çıxış yollarını axtarır: “Müxtəlif ideyalarmövcuddur. Amma indilik Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmədəçəkişmək zorundayıq. Müsavat Partiyasının qurultayına yer ayrılmasınanail olmaq üçün ciddi tədbirlər görmək niyyətindəyik”.
Qaynar.info