Xəbər lenti

Arktika səmasında ardıcıl üç gündür nadir göy qurşağı müşahidə edilir (FOTO)
Dünya14:45 24.12.2023

Arktika səmasında ardıcıl üç gündür nadir göy qurşağı müşahidə edilir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir.
Qütb stratosferik göy qurşağı buludları Norveç, İsveç, Finlandiya, Alyaskanın bəzi hissələri və Şotlandiyaya qədər cənubda səmada müşahidə olunub. 
Spaceweather.comun məlumatına görə, göy qurşağı dekabrın 18-də görünməyə başlayıb və dekabrın 20-dək müşahidə olunmağa davam edib. Dekabrın 21-də daha kiçik və daha az fərqlənən buludlar müşahidə edilib.
Göy qurşağı buludlarının iki növü var: bəziləri buz kristallarının və azot turşusunun qarışığından, digərləri isə təmiz buz kristallarından ibarətdir. Birincinin görünüşü ozon dəliklərinin meydana gəlməsi ilə əlaqələndirilir. İkinci növ buludlar daha parlaq rənglərə malikdir və dekabrda müşahidə olunan buludlar bu tipə aiddir.
Göy qurşağı buludlarının yaranmasına son dərəcə aşağı temperatur (-85°-dən aşağı) səbəb olub. Bu, insanın iqlimə təsiri və ya El Nino fenomeni ilə əlaqədar ola bilər. Mütəxəssislər yaxın bir neçə ay ərzində buludların yenidən görünməsi ehtimalının yüksək olduğunu gözləyirlər.
Aydın