Avropa Şurasının prezidenti Şarl Mişel bildirib ki, Aİ enerji böhranı məsələsini dərhal həll etməlidir.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər
verir.
"Bir gün belə itirmək olmaz", - Mişel deyib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sentyabrın 14-də çıxışında enerji qiymətlərinin məhdudlaşdırılması ilə bağlı komissiyanın ideyalarını açıqlayacaq, lakin Şarlz Mişel bildirib ki, Avropa Komissiyası onun çıxışını gözləyə bilməz.
"Məhz buna görə də biz Avropa Komissiyasını əvvəllər bir neçə dəfə dəvət etmişdik ki, üzv dövlətlərə qərar qəbul etməkdə kömək etməsi üçün masaya konkret təkliflər gətirsin”, - Mişel bildirib.
Nizami Bağırov