İdman 10:37 13.03.2024

"Arsenal"ın baş məşqçisi ÇL oyununda həmkarının ailəsini təhqir edib

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu zamanı London "Arsenal"ının baş məşqçisi Mikel Arteta "Portu"nun baş məşqçisi Serxio Konseysaonun ailəsini təhqir edib.

Qaynarinfo "Metro"ya istinadən xəbər verir ki, bu barədə Serxio Konseysao özü açıqlama verib.

"Bu, bütün ispan məşqçilərin hiyləsi olmalıdır. Pep Qvardiola da ailəmi təhqir etdi. Artetaya dedim ki, sözlərini seçib danışsın. Çünki onun təhqir etdiyi şəxs artıq aramızda deyil", deyə Serxio Konseysao bildirib.

Qeyd edək ki, "Arsenal" - "Portu" matçının əsas və əlavə vaxtı 1:0 hesabı ilə başa çatıb. London klubu "Portu"nu penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib. "Arsenal" sonuncu dəfə 2010-cu ildə 1/4 finala yüksəlib. Həmin vaxt komanda turnirin 1/4 finalında "Barselona"ya uduzub. 

Aydın