Xəbər lenti

Artıq 17 partiya Gürcüstan müxalifətinin “vahid cəbhəsi”nə qoşulub
Dünya06:39 04.06.2024

Artıq 17 partiya Gürcüstan müxalifətinin “vahid cəbhəsi”nə qoşulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq Gürcüstanda on yeddi müxalif siyasi qüvvə prezident Salome Zurabişvilinin seçkilər öncəsi parçalanmış gürcü müxalifətinin şanslarını artırmaq üçün təklif etdiyi "Gürcüstan Xartiyası” adlanan birgə fəaliyyət planına qoşulub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Georgia News” məlumat yayıb.
Hazırda Gürcüstan Xartiyasını demək olar ki, bütün müxalifət partiyaları və beş müstəqil deputat imzalayıb. Sənədi prezident Salome Zurabişvili təklif edib ki, məqsəd payızda keçiriləcək parlament seçkiləri öncəsi müxalifətin elektoratını artırmaqdır.
Əsas bəndlərdə qeyd olunur ki, müxalifət seçkilərdə qalib gələrsə, bu partiyalar müvəqqəti partiyasız hökumət qurmağa, islahatlar aparmağa və Gürcüstanı Avropa yoluna qaytarmağa razılaşırlar və bir neçə aydan sonra daha demokratik və azad bir mühitdə növbəti parlament seçkiləri keçirmək üçün mandatlarından imtina edirlər.
Sənədi "Yaşıllar Partiyası”, "Ədalət naminə”, "Droa”, "Girçi – Daha çox azadlıq”, "Avropa Demokratları”, "Hüquq və Ədalət”, "Lelo”, "Axali”, "Vətəndaşlar”, "Ana Dolidze insanlar üçün”, "Azadlıq – Zviad Qamsaxurdiyanın yolu”, "Aqmaşenebeli”, "Avropa Gürcüstanı”, "Respublika Partiyası”, "Vahid Milli Hərəkat”, "Xalq Uğrunda Dövlət” hərəkatı və "Milli Demokratik Partiyası” imzalayıb.
Xatırladaq ki, bazar ertəsi Gürcüstan parlamentinin sədri qalmaqallı "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini imzalayıb və hakim partiya onun tələblərinə məhəl qoymayan ictimai təşkilatların fəaliyyətini əngəlləməklə hədələyib.
Gürcüstanın ictimai təşkilatları qanuna məhkəmələrdə etiraz etməyə hazırlaşır.
Alpər