Xəbər lenti

Artıq valideynlər uşağın xəstəliyi ilə bağlı kağız arayış almalı olmayacaq - Rusiyada
Dünya11:12 15.09.2022

Artıq valideynlər uşağın xəstəliyi ilə bağlı kağız arayış almalı olmayacaq - Rusiyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva uşaqlarının valideynlərinə artıq dərnək və bölmələr üçün uşağın xəstəliyi haqqında 095 nömrəli kağız arayışlar lazım olmayacaq. Bu, rəqəmsallaşma sayəsində mümkün olub. 
Qaynarinfo xəbər verir ki, bu haqda Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova bildirib.
Onun sözlərinə görə, bundan sonra dərslərdən azad olunma müddəti Moskva Elektron Məktəbinin "elektron jurnalı”nda göstəriləcək.
"Keçən ilin aprel ayından məktəb və uşaq bağçaları üçün xəstəliklə bağlı arayışlar poliklinikada rəqəmsal şəkildə verilir və rəqəmsal səhiyyə platformasının Moskva elektron məktəbi ilə inteqrasiyası sayəsində müəllimlər dərhal elektron jurnalda xəstəlik səbəbiylə onların dərsdə iştirak etmədiyi dövrü, o cümlədən bədən tərbiyəsindən azad olunma haqqında məlumatı görürlər", - Rakova izah edib.
Yeni variant, onun qeyd etdiyi kimi, valideynlərə vaxta qənaət etməyə və sənədlərin təsadüfən itirilməsi ehtimalını aradan qaldırmağa kömək edəcək.
Yeri gəlmişkən, Moskvada qeydiyyat elm və texnologiya, kompüter texnologiyası, rəsm, psixologiya, teatr və estrada sənəti də daxil olmaqla 50-dən çox dərnək üçün açıqdır.
Alpər